dizə qədər

Lit. a sparrow could wet his knees in it / too shallow воробью по колено (очень мелко)
diz vurmaq
dizinə döyə-döyə qalmaq
OBASTAN VİKİ
Dizə
Dizə (Ordubad) — Azərbaycanın Ordubad rayonunda kənd. Dizə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Dizə (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Dizə nekropolu - Şərur rayonundakı eyniadlı kəndin yaxınlığında yerləşən nekropol. Nəcəfəlidizə (keçmiş yazılış qaydası Nəcəfəli Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Dizəzinə dağı - Babək rayonundakı Nəcəfəlidizə kəndinin yaxınlığında, Zəngəzur silsiləsində yerləşən dağ. Kalbaoruc Dizə (keçmiş adı Oruc Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Kələntər Dizə — Azərbaycanın Ordubad rayonunda bir kənd. Məmmədrza Dizə (keçmiş adı Yeniyol) — Azərbaycanın Babək rayonunda bir kənd.
Baş Dizə
Baş Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Aza kənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 25 km qərbdə, Arazın sol sahilindədir. Əhalisi 458 nəfər(2000); Bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, tibb məntəqəsi var. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü qoç daş heykəllər olmuşdur. == Tarixi == Baş Dizə Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim "Böyük Dizə" deməkdir. Dizə komponenti türkdilli xalqların toponimiyasında "kənd", İran dillərində "hasar", "qala divarı", "qala" mənalarını ifadə edir.
Dizə (Culfa)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Düzənlikdədir. Keçmiş adı Kərimqulu Dizə olmuşdur; Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Ģəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərb. dilinə keçərək "kənd" mənasında işlənir. Oykonimə əlavə edilən Kərimqulu komponenti həmin yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə, coğrafi mövqelərini müəyyənləşdirməyəvə vaxtilə kimə mənsub olduğunu göstərməyə xidmət edir. Əhalisi 1114 nəfərdir.
Dizə (Ordubad)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 18 km şimal-qərbdə, Ordubad-Unus avtmobil yolunun kənarında yerləşir. Əhali bağçılıq, tərəvəzçilik və əkinçiliklə məşğuldurlar. Zəngəzur silsiləsinin ətəyindədir. Keçmiş adı Cəfərxan Dizəsi olmuşdur; Bir çox coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərb. dilinə keçərək "kənd" mənasında işlənir. Oykonimlərə əlavə edilən baş, Kələntər, qoşa, Kərimqulu, Oruc və s. komponentlər həmin yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə, coğrafi mövqelərini müəyyənləşdirməyə və vaxtilə kimə mənsub olduğunu göstərməyə xidmət edir. Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd.
Dizə (Şərur)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndi Oğlanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Arpa çayının sahilində, Şərur düzündədir. Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərbaycan dilinə keçərək "kənd" mənasında işlənir. Əhalisi 1758 nəfərdir.
Dizə (Əlburz)
Dizə (Əlburz) (fars. دیزج‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 234 nəfər yaşayır (82 ailə).
Dizə kurqanları
Dizə kurqanları — Naxçıvan Muxtar Respublikası Şərur rayonu ərazisində yerləşən kurqanlar. Kurqanlar Şərur rayonunun Dizə kəndi yaxınlığında, Arpaçayın sağ sahilində, dağ silsiləsinin ətəyində yerləşir. Kurqanlar hündürlüyü yer səthindən 1-1,5 m, diametri 3–5 m olan oval təpə formasındadır. Bəzi kurqanların torpaq örtüyü tamamilə aşınmışdır. Kurqanların biri elektrik dirəyi üçün çuxur qazılarkən dağıdılmış, buradan monoxrom boyalı qablar aşkar edilmişdir. Araşdırmalar zamanı kurqanların yerləşdiyi ərazidə müxtəlif dövrlərə aid abidələrin olduğu müəyyən olunmuşdur. Dizə kurqanlarını e.ə. 3-2 minilliklərə aid etmək olar.
Dizə məhəlləsi
Dizə məhəlləsi — Naxçıvan şəhərində qədim məhəllə "Dizə" toponimi Naxçıvan Muxtar Respublikasında geniş yayılmışdır. Muxtar respublikanın əksər rayonlarında belə yer adları var. Mütəxəssislərin fikrincə, Dizə bir neçə ailənin yığışıb,kiçik bir məhəllədə,yaxud kənddə məskunlaşması deməkdir. Dizə məhəlləsi şəhərin indiki məişət xidmət evi,elmi mərkəz,avtovağzala qədər olan ərazisini əhatə edirmiş. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 106-107. ISBN 5-8066-1468-9.
Dizə nekropolu
Dizə nekropolu — Şərur rayonunda eyniadlı kəndin qərbində ilk tunc dövrünə aid arxeoloji abidə. Nekropol Dizə kəndindən qərbdə, Ovçular təpəsi yaşayış yerinin şimalında yerləşir. Abidə erkən tunc dövrünə aiddir. Yerüstü əlaməti olmadığından nekropolun sahəsini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Abidə Ovçular təpəsinin Arpaçaya enən yamacında yerləşir. Nekropol qərb tərəfdən Arpaçayla məhdudlaşır. Abidə 1969-cu ildə təsərrüfat işləri görülərkən təsadüfən aşkar olunmuşdur. Burada dağıdılmış iki qəbirin materialları R.B.Göyüşov və V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Birinci qəbirin kamerasının bir hissəsi salamat qalmışdı. Onun divarları çay daşlarından palçıqla hörülmüşdür.
Kalbaoruc Dizə
Kalbaoruc Dizə (əvvəlki adı: Oruc Dizə (?-1 mart 2003)) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Oruc Dizə kəndi Kalbaoruc Dizə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kalbaoruc Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Oruc dizə olmuşdur. Oykonim Kalbaoruc (Kərbalayı Oruc şəxs adının təhrifə uğramış formasıdır) və dizə qədim İran mənşəli termin olub "kənd", "qala" komponentlərindən düzəlmişdir. Sonralar oykonimin tərkibindəki kalba sözü düşmüşdür. 2003-cü ildən kəndin adı yenidən Kalba Oruc dizə kimi rəsmiləşdirilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmayıb. Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kənd əhalisi əsasən taxılçılıq,bostançılıq, heyvandarlıq və digər sahələrlə məşğuldur.
Kələntər Dizə
Kələntər Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Orta əsrlərdə kəndin yaxınlığında Kiran şəhəri yerləşirdi. 29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Aza bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 21 km şimalda, Ordubad-Naxçıvan avtomobil yolunun kənarındadır. Əhalisi 226 nəfər(2000); Klubu, kitabxanası, tibb məntəqəsi var. Məzrə -Ordubad rayonunda kənd,Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var.
Məmmədrza Dizə
Məmmədrza Dizə (əvvəlki adı: Yeniyol) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniyol kəndi Məmmədrza Dizə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət evi mövcuddur. Kənddə Məmmədrza Dizə kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə 1994-cü ildə inşa edilmiş Məmmədrza Dizə kənd məscidi yerləşir. Kənddə səhiyyə müəssisəsi mövcuddur.
Sumbatan-Dizə
Sumbatan Yaşayış Yeri — Оrdubad rayоnunda, Sabirkəndin cənub-qərbində, Gilançayın sağ sahilində , Ordubad–Naxçıvan yolundan 800 m şimalda, , eyni adlı dağın üzərində yerləşir,Rəsul və Süleyman dərələrini əhatə edir. Arxeoloji tədqiqatlardan öyrənirik ki, Sumbatan-Dizə yaşayış yeri E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Sumbatan dağının zirvəsini və yamaclarını əhatə edən, ilk vaxtlarda qəbilə birləşmələrinin mərkəzi olan bu 6–7 hektarlıq kənd genişlənərək bir neçə əsr ərzində 20 hektarlıq yaşayış yerinə çevrilir.. Azərbaycan ərazisində bu tip relyefə uyğunlaşdırılmış şəhərlər çox olmuşdur. Azərbaycanda bu tipli kənd yerləri tədricən müdafiə divarları ilə möhkəmləndirilərək şəhərlərə çevrilmişlər. E.ə. II minilliyin sonlarında ətrafı müdafiə divarları ilə möhkəmləndirilmiş şəhərlərdən biri də Sumbatan-Dizə olmuşdur. Sumbatan-Dizə şəhəri bir neçə dəfə dağıntıya məruz qalsa da bərpa edilmiş və sasanilər dövrünə qədər şəhər kimi mövcud olmuşdur. Əhəmənilər dövründən sonra ikinci dəfə sasanilər zamanı güclü dağıntıya məruz qalmış Sumbatan-Dizə, şəhər kimi öz funksiyasını itirmiş və kiçik yaşayış məskəninə çevrilmişdir. Bu qədim şəhər öz adını günümüzə qədər qoruyub saxlamışdır.
Çaydan dənizə qədər
"Çaydan dənizə" (ərəb. من النهر إلى البحر‎, min ən-nəhr ila l-bəhr və ya من المية للمية, min il-mayyə lə-l-mayyə) — coğrafi olaraq İordan çayı ilə Aralıq dənizi arasında müəyyən edilən və Fələstin kimi təsvir edilən əraziyə istinad edən siyasi şüar. Bu, indiki dövrdə İsrail və İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinə, o cümlədən Qərb sahili, Şərqi Qüds və Qəzzə zolağına aid edilir. Fələstinli proqressivlər bu ifadəni bütün ərazi üzərində vahid demokratiyaya çağırmaq üçün istifadə edir, digərləri isə bunun "milyonlarla fələstinli üzərində onilliklər davam edən, açıq uclu İsrail hərbi idarəsindən sonra sülh və bərabərliyə çağırış" olduğunu qeyd edir. İslamçı militant HƏMAS qruplaşması 2017-ci il nizamnaməsində bu ifadədən istifadə etmişdir. Bu şüarın Fələstin yaraqlı qrupları tərəfindən istifadə edilməsi tənqidçilərin bu şüarın dolayısı ilə İsrailin parçalanmasına, regiondakı yəhudi əhalisinin çıxarılmasına və ya məhv edilməsinə çağırış olduğunu iddia etməsinə gətirib çıxarmışdır. Bu ifadəni İsrail siyasətçiləri də istifadə etmişlər. İsrailin sağçı "Likud" Partiyasının 1977-ci il seçki manifestində deyilirdi: "Dənizlə İordan arasında yalnız İsrailin suverenliyi olacaq". Oxşar ifadə son vaxtlar digər İsrail siyasətçiləri tərəfindən də istifadə edilmişdir. Bəzi ölkələr şüarın istifadəsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Sırxa Dizə (Tarım)
Sırxa Dizə və ya Surxəzə (az-əbcəd. سورخزه‎, fars. سرخه دیزج‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 313 nəfər yaşayır (98 ailə).
Baş Dizə yaşayış yeri
Bаş Dizə yаşаyış yеri — Хаlq аrаsındа qаlа аdlаnır. Yаşаyış yеri kəndin içərisində оlаn hündür təpənin üzərindədir. Аbidənin yеrləşdiyi ərаzi hər tərəfdən sıldırım qаyаlаrlа əhаtə оlunmuşdur. Qаlаyа yаlnız cənub tərəfdə yеrləşən dаr cığırlа qаlхmаq mümkündür. Аbidənin cənub qismində yаşаyış binаlаrının qаlıqlаrınа rаstlаnır. Tikintilər tаmаmilə dаğıldığındаn оnlаrın plаnını müəyyən еtmək mümkün оlmаmışdır. Аrаşdırmаlаr zаmаnı qаlаnın cənub ətəyindən Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Baş Dizə yаşаyış yеrini III–XIX əsrlərə аid еtmək оlаr.
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.
İşıqlar yanana qədər (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. 1998-ci il.
Əvvəldən sona qədər (film, 2009)
Əvvəldən sona qədər (port. Do Começo ao Fim, ing. From Beginning to End) — Braziliya istehsalı olan və 2009-cu ildə nümayiş olunmuş dram filmi. Analarının ölümündən sonra bir-birlərinə qarşı hiss etdikləri qardaş sevgisinin, sonradan isə məhəbbətə çevrilməsini başa düşən Fransisko və Tomas bundan sonra sərhədləri aşaraq əsl sevgi yaşamağa başlayırlar. Film ilk dəfə 16 noyabr 2009-cu ildə MixBrasil festivalında nümayiş olunan film həmin ilin 27 noyabrında kinoteatrlarda nümayişə başladı. Əsas çəkilişləri Rio de Janeyroda baş tutan filmin Original Motion Picture Soundtrack adlı musiqi albomu da var. Lakin film Braziliyada yalnız 6 kinoteatrda nümayiş olundu. 26 mayda Seattle Beynəlxalq Film Festivalında, 26 iyunda Frameline Film Festivalı'nda, 15 iyulda isə QFest və Outfest Film Festivalında göstərildi. Clia Lemmertz — Culieta (ana) Fabio Assunçao — Aleksandra (Tomasın atası) Cin Pierre Noher — Pedro (Fransiskonun atası) Lusi Kardoso — Rouz Mausi Martinez Qabriel Kaufmann — Tomas (6 yaşında) Lukas Kotrim as Fransisko (11 yaşında) Rafael Kardoso — Tomas (20 yaşında) Coao Qabriel Vasconcellos as Francisco (25 yaşında) Əvvəldən Sona Qədər — Internet Movie Database saytında.
Nə qədər ki sağam (film, 2012)
Samar Anand (Şahrux Xan) Hindistan Ordusunda mayor vəzifəsində xidmət edən, heç bir təhlükəsizlik vasitələrindən istifadə etmədən bomba zərərsizləşdirmək üzrə çalışan bir mütəxəssizdir. Bir müddətdən sonra Discovery Channel-da sənədli filmlər qurmaqla məşğul olan Akira Rai (Anuşka Şarma) Ladax-da bir çaya baş vurur və mayor tərəfindən xilas edilir. Samar ona jaketini verir, ancaq geri almadan onu tərk edir. Akira jaketin cibində onun gündəliyini tapır və oxumağa başlayır. Gündəlik Samarın Londonda əvvəllər immiqrant kimi yaşadığı mövzularla başlayır. O həm musiqiçi, həm də digər işlərdə çalışaraq yaşadığı yerin kirayə pulunu ödəməklə bərabər, otaq yoldaşına da yardım edir. Bir gün Samar iş gorərkən Meera-nı (Katrina Kaif) görür və onunla tanışır. İngilis dili dərslərini öyrənmək qarşılığında Samar ona Pəncabca mahnı oxumağı öyrədir. Bir müddətdən sonra Meera atasına Samar ilə olan münasibəti haqqında danışmaq qərarına gəlir, ancaq Samar-ın başına bədbəxt hadisə gəlir, o motosikletlə qəzaya uğrayır. Meera Tanrıya onun həyatını xilas etməsi üçün dua edir və qarşılığında onunla bir də görüşməyəcəyinə dair söz verir.
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir (kitab)
Nə qədər ki, işıqlar yanır (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. 1998-ci il.
Qarabağ XIII əsrdən 1920-ci ilə qədər
"Qarabağ XIII əsrdən 1920-ci ilə qədər. Azərbaycan tarixinin açılması" (ing. Karabakh from the 13th century to 1920: Unfolding Azerbaijan's history) — Almaniya tarixçisi Maykl Reynhard Hessin 2020-ci ildə Qarabağ regionu haqqında yazdığı kitab. Əsər Münhendə "Gulandot" tərəfindən nəşr edilmişdir. 2022-ci ilin fevral ayında kitabın İkinci Qarabağ müharibəsinin nəticələri ilə yenilənmiş 3-cü nəşri buraxılmışdır. Kitabda Azərbaycan ilə Ermənistan arasında münaqişə nöqtəsi olan Qarabağ regionunu tarixi araşdırılır. Burada XIII əsrdə monqol və türk tayfalarının Cənubi Qafqaza gəlişindən 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması və ardınca Dağlıq Qarabağ Muxtar Vilayətinin qurulması əhatə edilir.
Çingiz xan: Torpağın və dənizin axırına qədər
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.